XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şotlandlar Sevilya biletini "Aybroks"da qazandılar — FOTO
İdman 08:39 / 06.05.2022
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. "Leyptsiq" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi "Reyncers"lə bu dəfə Şotlandiyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Reyncers" iki oyunun cəmində 3:2 hesabı ilə qalib gələrək finala adlayıb.
İlk görüşdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edib. Frankfurt klubu minimal hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.
Bununla da Avropa Liqasında 2021/22 mövsümünün həlledici oyununda "Reyncers" "Ayntraxt"la qarşılaşacaq. Mayın 18-i Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1
Qollar: Tavernier, 18, Kamara, 24, Lundstram, 80 - Nkunku, 70
Baş hakim: Artur Diaş (Portuqaliya)
Qlazqoda, "Aybroks" stadionu
İlk oyun - 0:1

23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) - 1:0
Qol: Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 19 ("Vest Hem")
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Frankfurt, "Frankfurtştadion"
İlk oyun - 2:1

Final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya)

İspaniya, "Ramon Sançes Pisxuan" stadionu



39269 oxunub

InvestAZ