XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionu komadan ayıldı
İdman 12:50 / 29.04.2022
Dekabrın əvvəllərində dəhşətli qəzaya düşən niderlandlı velosipedçi Emi Piters komadan ayılıb. Bu barədə 31 yaşlı idmançının çıxış etdiyi "SD Worx" komandası açıqlama yayıb.
Pitersin şüurunun yerində olduğu və tibb işçiləri ilə ünsiyyət qurduğu bildirilib. Həkimlər velosipedçinin travmatik beyin zədəsinin və komanın hansı nəticələrə səbəb olacağını hələlik açıqlamayıblar.
Qeyd edək ki, Emi Piters 2019 - 2021-ci illərdəki dünya çempionatında Kirsten Vild ilə birlikdə komanda yarışında qızıl medal qazanıb. O, məşq zamanı keçirdiyi qəzadan sonra başından ağır xəsarətlər almışdı.

30941 oxunub

InvestAZ