XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Qrosmeysterimiz niderlandlı şahmatçı ilə üz-üzə gələcək
İdman 10:44 / 19.01.2022
Niderlandın Veyk-an Zee şəhərində "Tata Steel Masters” superturniri keçirilir. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov superturnirin beşinci turu çərçivəsində niderlandlı Yorden Van Forestlə üz-üzə gələcək. Hazırda 4 turdan sonra aktivində 2,5 xalı olan 36 yaşlı qrossmeysterimiz 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 14 şahmatçının mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. Superturnir yanvarın 30-da başa çatacaq.

30819 oxunub

InvestAZ