XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş turnir keçirilib
İdman 13:13 / 18.01.2022
"Təhsil” Respublika İdman Mərkəzinin 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş blitiz şahmat turniri keçirilib. Faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yarış iştirakçılarına faciə haqqında ətraflı məlumat verilib. Yarışlar 10, 12 və 14 yaş qrupları üzrə təşkil olunub.
Turnirdə 10 yaşınadək şahmatçılar arasında Tunar Fərhadlı birinci yerə layiq görülüb. Yasəmən Fərziyeva ikinci, Yunis Quliyev isə üçüncü yerə sahib çıxıb.
12 yaşınadək şahmatçıların turnirində Elsevər Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad Allaverənov 2-ci, Adəm Yusifov isə üçüncü yeri tutublar.
14 yaşınadək zəka sahiblərinin yarışında Nail Əliyev qalib adını qazanıb. Malik Gülməmmədli ikinci, Vaqif Həmzəyev isə üçüncü olub.
Yarış çərçivəsində eyni zamanda dama üzrə onlayın açıq turnir də keçirilib. Oğlanlar və qızlar arasında keçirilən yarışda qaliblərin adlarına aydınlıq gəlib.
Oğlanlar arasında yarışda Rəvan Aslanov (Bakı) birinci, Asif Aşurov (Bakı) ikinci, Rəsul Quliyev (Gəncə) isə üçüncü yerə sahib çıxıb.
Qızların mübarizəsində Gəncə təmsilçisi Zeynəb Heydərova birinci yeri tutub. Naibə Vəlizadə (Bakı) ikinci, Gültac Nağıyeva (Gəncə) isə üçüncü yeri tutub.
Yarışda ilk üç yeri tutanlar müvafiq olaraq dilom və medallarla təltif olunublar.

29966 oxunub

InvestAZ