XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Kapoeyra-ehtiyacdan yaranan zərurət
İdman 18:02 / 13.01.2022

Ölkə kapoeyraçıları beynəlxalq aləmdə böyük nüfuz sahibidirlər


Ecaskar idman növlərində biri olan kapoeyra idman növü artıq bütün dünyada məşhurlaşıb. Artıq beynəlxalq aləmdə tam bir idman növü kimi öz sözünü deməyə başlayan kapoeyra milyonların sevimli idman növünə çevrilib.
Bütün bunları nəzərə alaraq, bu idman növünün keçmişi, indiki vəziyyəti, o cümlədən, Azərbaycanda inkişafı barəsində məlumat vermək yerinə düşər.


Musiqili hiylə

Kapoeyranın tarixi təxminən XVI əsrə təsadüf edir. 1500-ci ildə portuqaliyalılar Pedro Kabralın rəhbərliyi altında Braziliyanı müstəmləkələşdirmək siyasəti həyata keçirməyə başlamışdı. Onun ideyalarını həyata keçirən məmurlar yerli hindu tayfasına qarşı pis münasibət göstərirdilər. Həmin tayfaların əksər hissəsi qul kimi istismar olunurdular. Lakin hindu tayfalarının icərisində bu haqsızlıq tezliklə kütləni cana doydurmağa başlayır. Əzab və əziyyətlərə tab gətirməyən qullar kütləvi şəkildə qırılmağa başlayırdılar. Lakin haqsızlıq və insana qarşı zoraklıq bəzilərini qaçmağa sövq edir. Vəziyyəti belə görən yerli hakimiyyət ölkəyə Portuqaliyanın digər müstəmləkəsi olna ölkələrdən qullar gətirməyə başlayırlar.
Bu özbaşnalığa dözməyən qullar çıxış yolunu onlara qarşı zorakılıq edənlərə qarşı mübarizədə görürlər. Afrikalı qulların məqsədi əsarətdən qurtulmaq olur. Artıq bu yerdə kapoeyra onların köməyinə çatır. Gün ərzində qulların ciddi nəzarət olduğundan onların hər bir addımına diqqət yetirilir. Təbii ki, belə bir vəziyyətdə keşikçilər dustaqların və qulların hər hansı bir idman növü ilə məşğul olmasına şərait yaratmazdılar. Bu vəziyyətdə yenə də çıxış yolu musiqidən keçir.
Elə ona görə də kapoeyraçılar yeni musiqi alətləri (berimbau, atabake, pandeyru, reku-reku və s.) yaradaraq, musiqi altında rəqs etməyə başlayırlar. Lakin bu rəqslərin arxasında ciddi məqsədlər gizlənirdi. Belə vəziyyətdə dustaqlar öz məşqlərini həyata keçirməyə başlayırlar. Kapoeyraçılar əlləri qandallı halda belə bir neçə silahlı gözətçiləri akrobatik zərbələrlə zərərləşdirərək qaçmağa müvəffəq olurmuşlar. Əsirlikdən qaçan qullar qrup şəklində "Kilombuş" adlanan xırda şəhərciklər yaradaraq oralarda məskunlaşmağa başlayırlar. Özlərini müdafiə etmək üçün kapoeyranı əsas silaha çevirməyə başlayırlar. Həmin dövrlərdə kapoeyra doğurdan da təhlükəli döyüş kimi formalaşmağa başlayır.
Braziliya respublika elan olunduqdan sonra bir çox məşğuliyyətlər kimi kapoeyra da öz azadlığını qazanır.
Artıq əhali arasında bu növə olan maraq daha da artmağa başlayır. Kapoeyra əksər insanlar üçün ölməyib yaşamaqdan ötrü qanunsuz bir silaha və yaxın gələcəkdə "kapoeyraçı" sözü, "cinayətkar" sözünün sinoniminə çevrilir. Hətta vəziyyət o dərəcəyə çatır ki, XIX-cu əsrin əvvəllərində kapoeyraçılarla mübarizə üçün dövlət tərəfindən xüsusi polis dəstəsi yaradılır.
O vaxtlar kapoeyra əsasən liman şəhərlərində daha geniş yayılır. Kapoeyraçılar bu şəhərlərdə yığılan dünyanın ayrı-ayrı döyüş növlərini təmsil edən əsgər, dənizçi, muzdlularla döyüşlər keçirib, təcrübə mübadiləsi nəticəsində kapoeyranın döyüş texnikasını daha da təkmilləşdirirdilər.
XX əsrin əvvəllərində kapoeyradan bir çox quldur dəstələri, muzdlular, cangüdənlər və s. istifadə edirdilər.
Lakin o vaxtlar əsl kapoeyra ustaları tələbələri ilə gizli yığıncaqlar təşkil edir, təkcə fiziki hazırlıqlarına yox, kapoeyranın qədim ənənələrinə və fəlsəfəsinə üstünlük verərək səviyyələrini artırırmışlar.

1930-cu ildən sonra kapoeyraya Braziliyanın milli mədəniyyəti kimi baxılmağa başlanır. 1932-ci ildə Manuel duş Reyş Maşadu (Mestre Bimba) tərəfindən tarixdə ilk rəsmi Kapoeyra məktəbi yaradılır. 1937-ci ildə kapoeyra Braziliya Milli Konfederasiyası tərəfindən rəsmi bir döyüş növü kimi tanınmağa başlanır.
Haqqında danışılan kapoeyra 2 kateqoriyaya bölünür: kapoeyra döyüşü, yəni kombat kapoeyra və kapoeyra döyüşünün nümayiş forması, yəni idman kapoeyrası. İdman kapoeyrası özüdə ayrı-ayrılıqda 2 hissəyə bölünür: kapoeyra anqola, yəni asta templi kapoeyra nümayişi, və kapoeyra regional, yəni sürətli kapoeyra nümayişi.
Kapoeyraya kunq-fu-vuşu, boks, cüdo, ciu-citsu, muay-tay, hətta akrobatika və gimnastikanın belə əsas elementləri daxildir.


Azərbaycanda güclü kapoeyraçılar yetişir

Kapoeyra döyüş sənətinin Azərbaycana gəlişi 13 il əvvələ təsadüfi edir. Belə ki, 2000-ci ildə Azərbaycan Kapoeyra Federasıyasının təməli qoyulub. Vahid mərkəz kimi formalaşan federasiya artıq ölkəmizin əksər rayon və şəhərlərində təbliğ olmağa başlayır.
Azərbaycanda kapoeyra döyüş sənətinin daha da dərin kök salması üçün paytaxtla yanaşı, regionlarda da Azərbaycan Kapoeyra Federasıyası (AKF) məktəbləri yaradılmış və öz fəaliyyət dairəsini genişləndirməkdədir.
Texniki Universitetinin idman sarayı, "Turan" idman klubu, Azərbaycan Beynəlxalq Universitetinin İdman Kompleksi, "Ağ At" idman klubu və "Ruslan" idman klubunda yeniyetmə kapoeyraçılar idman növünün sirrlərinə yiyələnirlər. Qeyd etdiymiz kimi, bölgələrdə bu idman növü üzrə məktəblər fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Lənkəran, Şəki, İsmayıllı, Qax, Qusar, Beyləqan, Goranboy, Abşeron və başqa rayonlarda fəaliyyət göstərən məktəblərdə perspektivli kapoeyraçılar yetişir.
Yarandığı vaxtdan etibarən ölkə kapoeyarçıları bir çox yarışlarda iştirak etmiş və vətənə fəxri mükafatlarla qayıtmışlar. Ölkə hüdudlarından kənarda keçirilən yarışlarda təmsilçilərimiz Azərbaycanda bu döyüş növünün inkişafı barəsində əcnəbilərdə xoş təəssüratlar yaradıblar.
Ümumilikdə Azərbaycan Kapoeyra Federasıyası ildə iki dəfə (aprel və oktyabr aylarında) kəmər-dərəcə imtahanları təşkil edir. Federasiyanın kapoeyraçıları hər il paytaxt və Azərbaycan çempionatında qüvvələrini sınayırlar. Bunlarla yanaşı federasiyanın üzvləri beynəlxalq aləmdə, o cümlədən Beynəlxalq yarış, festival və seminarlarda Azərbaycanı layiqincə təmsil edirlər. AKF bir çox yerli və beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq edir.
Ötən ili uğurla başa vuran AKF yeni ildə yeni nailiyyətlər əldə etməyi qarşıya məqsəd qoyub. AKF baş məşqçisi Alim Əliyevlə görüşüb, il ərzində təmsilçtlərimizin çıxış edəcyi yarışlar barəsində məlumat aldıq. Müsahibimiz bu barədə bunları dedi: "Azərbaycan Kapoeyra Federasiyasının məşqçi və idmançıları 2010-cu ildə bir çox yarışlarda iştirak edəcəklər. İlin ilk beynəlxalq yarışı Türkiyədə keçiriləcək. Aprel ayında idmançılarımız Azərbaycan çempionu titulu uğrunda yarışacaqlar. May ayında isə kəmər imtahanlarımız olacaq. İyun 12-14-də isə Braziliyanın San Paulo şəhərində Baş Assambleyanın iclası keçiriləcək. Avqustun 19-21-də Rio de Janeyroda Muzenza Beynəlxalq Kapoeyra Federasiyasının təşkilatçılığı ilə kapoeyra festivalı keçiriləcək. Biz də həmin ölkəyə yollanacağıq. Sentyabrın 13-dən 15-ə qədər isə San Paulo dünya çempionatına ev sahibliyi edəcək. Bu ilin oktyabr ayında isə Azərbaycan kubokuna start veriləcək. Nəhayət noyabrın 28-də keçiriləcək kəmər imtahanlarından sonra builki yarış protokuluna yekun vuracağıq. İnanırıq ki, bu yarışlarda kapoeyraçılarımız öz qüvvə və bacarıqlarını səfərbər edərək, yüksək nəticə gösətərəcəklər".



Anar Əhmədov

1132 oxunub

InvestAZ