XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Snoubord - iki xizəyin birləşməsindən yaranan hədiyyə
İdman 19:48 / 12.01.2022


Valideynin ixtirası həm övlada,
həm də bütün dünyaya

hədiyyə olub


Ekstremal idman növlərinə daxil olan snoubordinq (ing.snowboardinq) qış Olimpiya oyunlarının proqramında 1998-ci ildən nümayiş etdirilir. Xüsusi idman alətinin - snoubordun köməyi ilə qarlı dağ və yamaclarda keçirilən idman yarışlarıdır.
Snoubordinqin bir neçə növünü müəyyən edirlər:
1. Sərt - yarış üçün hazırlanan yamacda xüsusi idman alətinin köməyi ilə sürətli enmə.
2. İdman - bura borderkross, slalom, paralel slalom, nəhəng slalom daxildir.
3. Frirayd - idmançı hazırlıqsız dağ və yamac zolağında sərbəst enmədən istifadə edir.
4. Fristyal - hazırlıqlı trasda tullanma və akrobatik tryuklardan enməni ifadə edir. Fristayl da növbəsində aşağıdakı növlərə bölünür: xaf-payp (half-pipe), biq-eyr (big air), sloup-stayl (sloupe-style).


Snoubord (ing.snowboard, qar üçün lövhə) qarlı dağ və yamaclarda sürətli enmə üçün istifadə edilən idman alətidir. O bir növ skeyti xatırladır. Alətin aşağı hissəsi çox sürüşkən materialdan hazırlanır. İdmançının ayağını bərkitməsi üçün snoubordun kənarlarına metal qaytanlar bərkidilir.
Snoubordu Miçiqan ştatından olan Şerman Poppen icad edib. 1965-ci ildə Poppen ad günündə qızına nə hədiyyə etmək barədə çox düşünürdü. İki xizəyi bir-birinə birləşdirən ata qızına snerfer (snow-qar və surf-xizək) hədiyyə edir. Bu qarda sürüşməyi çox sevən qızı üçün əsil sürpriz olur. Snoubordun adı da məhz buradan götürülüb. Növbəti il snerferlər ABŞ-da uşaq oyuncağı kimi istehsal olunmağa başlayır. Bunlar konstruksiyasına görə skeytə çox oxşayırdı, amma təkərsiz idi. Snerferin bərkitmə dayağı olmadığına görə, sürüşən adam onun burnuna kəndir bağlamalı və sürüşməyən ayaqqabıdan istifadə etəmli idi.



İdman həvəskarı sahibkara çevrildi

1970-80-ci illərdə snoubordinqin idman növü kimi qəbul edilməsi və populyarlaşması idmançının istifadə etdiyi sonubordların təkmilləşdirilməsi prosesini də sürətləndirdi. ABŞ-da bu idman növünün həvəskarları Dimitriy Miloviç, Ceyk Byorton ("Burton Snowboards" kompaniyasının sahibi), Tom Sims ("Sims Snowboards"ın sahibi) və Mayk Olson ("Mervin Manufacturing"in sahibi) onun bir idman növü kimi təbliğində və snoubord idman alətinin təkmilləşdirilməsində böyük işlər gördülər.
Dimitri Miloviç 1972-ci ildə snoubordların istehsalına başlamaq üçün özünün şirkətini yaratdı. 3 ildən sonra "Newsweek" jurnalı bu şirkətin idman aləmində xidmətləri haqqında ətraflı məlumat dərc etmişdi. Miloviçin "Winterstrisk" firması snobordun hazırlanmasında serf və xizəyin konstruksiyasından istifadə edirdi. 1976-cı ilin yazında Uelsdən olan iki skeytbordçu -Con Roberts və Pit Mettyus idmançının ayağını alətə bərkidən faner löhvə icad etdilər. Lakin bu icad prmitiv olduğu üçün idmançının manevr etməsində maneçilik törədirdi.


İlk yarışlar və turnirlər

1979-cu ildə Miçiqan ştatında sneffinq üzrə ilk dünya çempionatı keçirildi. Bu yarışda Ceyk Byorton da qatılmışdı. Ceyk yarışa özünün düzəltdiyi sonubordla çıxmışdı. Bu, qaydalara zidd olduğuna görə, təşkilatçılar onu yarışa buraxmaq istəmirdilər. O dövrün ən yaxşı snoubordçusu Pol Qreyvs idmançının yarışda iştirak etməsinə böyük yardım göstərdi. Nəticədə, təşkilatçılar Byorton üçün ayrıca müsabiqənin təşkil olunmasına qərar verdilər. Beləliklə, Byorton müsabiqənin yeganə iştirakçısı kimi bu yarışın qalibi olur.
1982-ci ildə ABŞ-ın Vermont ştatında slalom üzrə ilk milli yarışlar keçirilib. 1983-cü ildə isə Kaliforniya ştatında xaf-payp idmanı üzrə ilk dünya çempionatı təşkil edilib. Yarışın təşkilatçıları Tom Smis və yerli snoubord instruktoru Mayk Çantriç idi.
Snobordinq bir idman növü kimi insanların marağına səbəb olurdu. Bu növ həm də yaxşı istirahət və əyləncə vasitəsi rolunu oynayırdı. Bunun nəticəsi idi ki, 1985-ci ildə Avstriyanın Tsyurs dağ xizəyi kurort zonasında sonubordinq üzrə birinci dünya kuboku təşkil edilir. Yarışların ümumi qaydalarını hazırlamaq və yarışları təşkil etmək üçün Beynəlxalq Snoubord Assoasiyası (İSA) belə yaranır. Müasir dövrdə snoubordinq yarışları milyonlarla insan tərəfindən maraqla izlənilir. Bu ekstremal idman növü, hətta ilboyu qar yağmayan Avstraliya kimi ölkələrdə də geniş yayılıb.


Kurort zonaları əlverişlidir

1985-ci ildə ABŞ-da yerləşən kurort zonalarının 7 faizi snoubordçuların ixtiyarına verilmişdi. 1990-cı ildə Avropada nəhəng kurortların çoxu snoubord üçün ayrıca yamacların ayrılması üçün müvafiq tədbirlər gördü. Müasir dövrdə Şimali Amerika və Avropa kurortlarının 97 faizi sonubordinq idman yarışlarının təşkili üçün tam yararlıdır.

Rusiyaya sonubordu kim gətirib?

Şimal qonşuiuz Rusiyaya sonubordu ilk dəfə məşhur futbol şərhçisi Nikolay Maslaçenko gətirib. Maslaçenko dağ xizəyi idman növünün böyük həvəskarı olduğuna görə Kalqari-1988 Olimpiadasından özü ilə rusların böyük marağına səbəb olan qəribə idman aləti - sonubord gətirmişdi.



Zərif cinsin nümayəndələri daha çoxdur?

Statistik göstəricilərə görə, 2004-cü ildə snoubordla məşğul olanların sayı 6,6 milyona çatıb. 2008-ci ildə bu rəqəm Avropa ölkələrinə qarın miqdarının az olması nəticəsində 5,1 milyona enib. Snoubordçuların orta yaş həddi 18 -24 yaş arasındadır. Zərif cinsin nümayəndələri arasında bu idman növü ilə məşğul olanların sayı daha çoxdur.


Snoubordların növləri

İndiki snoubord alətləri müasir standartlara cavab verən texnologiya əsasında hazırlanır. Buna görə də möhkəmliyi və yüngulluyü ilə fərqlənir. Snoubordun daxili konstruksiyası sendviçi xatırladır və plastik, şüşə və ağac materialından ibarətdir. Snuobordun aşağı, sürüşkən hissəsi polietilendən hazırlanıb və sürtünməni azaltmaq üçün xüsusi əlavələrdən istifadə olunub. Müdafiə örtüyü alətin yuxarı hissəsində yerləşir.
Snoubord alətinin 3 növü var: sərt (alpine), frirayd və yumşaq. Sərt növ burunsuz, uzun və ensiz löhvədən ibarətdir. Burada idmançı kobud çəkmələrdən istifadə edir. Bu snouborddan paralel-slalom, nəhəng slalom, snoubordkross idman yarışlarında istifadə olunur. Sərt lövhələr maksimal sürəti, dəqiq reaksiyası ilə seçilir.
İkinci növ frirayddır. Frirayd ümumilikdə, buzda sürüşmək üçün nəzərdə tututulb. Bu lövhələr uzun olur, geniş burnu və quyruğa bərkibilmiş özülə malikdir. Svallou teyli (ing. svallow tail- qaranquş quyruğu) idman aləti belə lövhələrdəndir. Onlardan böyük sürüşmə meydançalarında istifadə olunur. İdmançının yarış zamanı manevr etməsində friraydın rolu əvəzsizdir.
Yumşaq növ snoubordun daha çox yayılmış növüdür. Bu lövhələr çox uzun deyil və istiqamətliliyi son dərəcə zəifdir. Yumşaq növlərdən fristayl, cibbinq, xaf-paypda istifadə olunur. Snoubordla yeni məşğul olmaq istəyənlər məhz bu növə müraciət edirlər.


Çəkmələr

Snoubord çəkmələri sərt və yumşaq olur. Sərt çəkmələr xaricdən plasmast, daxildən isə yumşaq materialdan hazırlanıb. Yumşaq çəkmələr isə xaricdən yüngüllüyü və sərtliyi ilə fərqlənir.
İdmançının ayaqları snouborda xüsusi yivlə bərkidilir. Bərkidilmə yarış növündən asılıl olaraq bir və iki yerdə ola bilər. Çəkmənin fiksasiyası və mexanikasına görə bərkidilmənin 2 növünü müəyyən edirlər: yumşaq və sərt. Yumşaq çəkmələr snouborda xüsusi qayışlarla bərkidilmiş platformaya malikdir. Sərt çəkmələr avtomatik bağlanır (step-in) və adi sərt bərkitmədən istifadə olunur.



İdmançının "duruş"u

Snoubordda idmançıların "duruş"una görə "regular" (ing.- adi) və "goofy" (ing. -qeyri-adi) növlərini müəyyən edirlər. Birinci halda, idmançı skeytbordinqdə olduğu kimi sağ ayağını alətə birinci qoyur. İkinci qrupa sol ayağını sonubord alətinə irəli qoyanlar daxildir. İdmançının "duruş" növləri arasında elə bir fərq olmasa da, burada əsas məsələ birinci sağ, yoxsa sol ayağın qoyulmasıdır. Hər bir idmançı yarış anında onun üçün nəyin yaxşı olduğunu özü qərar verir.
Duruş snoubordun uzunluğuna nisbətən dönmənin küncü ilə müəyyən olunur. Düz künc lövhənin uzunluğuna nisbətən müəyyən olunur. Snoubordun burnu hərəkət istiqamətində olanda müsbət künc hesab olunur. Əks halda künc mənfi qiymətləndirilir. Qabaq ayaq adətən, mənfi küncün altında olmamalıdır. İdmançının məqsədindən asılıl olaraq o, arxa ayağını həm müsbət, həm mənfi küncə qoya bilər. Ön duruş vəziyyəti belədir: qabaq ayaq 15-21 dərəcə küncə tərəfə açılmalıdır. Arxa ayaq küncə tərəf 0 -10 dərəcədə olmalıdır.
İdmançı düz duruşdan düz və əks istiqamətdə istifadə edir. Bu zaman hər iki ayaq lövhənin eninə qoyulur, yəni künclər 0 dərəcədə olur.

"Ördək" duruşu (ing. -Duck shance) tryuklar üçün çox əlverişlidir. Çünki ayaqların müxtəlif tərəflərə açılması idmançının sərbəst hərəkət etməsinə imkan verir. Bu, duruşlardan ən çevik olanıdır. "Ördək"də ayaqların eyni küncə dönməsi vacib deyil. Sadəcə, arxa ayaq 0 dərəcədən aşağı açılmalıdır. Beləliklə, idmançı istənilən vaxt hərəkətin istiqamətini dəyişmək imkanına malikdir. Duruşun hərəkət vaxtı dəyişməsi fint (fakie, switch- tutma) adlanır.
"Dağ" duruşu - bəzən onu "alp" duruşu (ing. alpine. - yüksək dağ) adlanıdırırlar, əsasən dağ yollarında istifadə olunur. Bu zaman qabaq ayaq küncə tərəf 90 dərəcədə dönməlidir.


Vanukuver-2010-da snoubord yarışları

Vankuverdə snoubordçuların yarışı fevralın 15-də başlanan yarış fevralın 27-də başa çatacaq. Kişi və qadın idmançılar üç növ - böyük paralel slaolom, snoubord-kross və xaf-payp üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Mütəxəssislərin fikrincə, bu növün favoritləri qadınlar arasında Dünya kubokunun sahibi Alyona Zavarzina (Rusiya), Turin-2006 Olimpiadasının gümüş mükafatçısı Ameli Kober (Almaniya) və paralel slalom üzrə dünya Kubokunun qalibi Marion Kraynerdir (Avstriya).


Azər Əlizadə

907 oxunub

InvestAZ