XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Boksçular Azərbaycan çempionatında yarışacaqlar
İdman 10:05 / 12.01.2022
Boks Mərkəzində kişi boksçular arasında Azərbaycan çempionatı keçirilir. Turnirdə 29 komandanın tərkibində 100 idmançı 13 çəki dərəcəsində qüvvəsini sınayır. Yarışın ilk günündə 16 döyüş təşkil olunub. Görüşlərdən əvvəl Vətən müharibəsi şəhidləri və Azərbaycan boksunun inkişafında xidmətləri olan Tofiq Babanlının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Sonra Emil Qurbanəliyevin baş hakim olduğu çempionatda 63,5, 67 və 71 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığma üzvü Cavid Çələbiyev ilk döyüşündə asan qələbə qazanıb. Dünya çempionu rəqibini tam üstünlüklə məğlub edib.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən ölkə çempionatı yanvarın 15-də başa çatacaq.
Azərbaycan çempionatı
I günün nəticələri
63,5 kq
Malik Həsənov ("Neftçi” İK) – Cavidan Sərkərli (Qəbələ) – ikinci döyüşə gəlməyib
Ramil Məmmədzadə (Sumqayıt) – Sərxan Qurbanzadə ("Qızıl Əlcək” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Cəlal Qurbanov ("Səbail” İK) – Miradam İbrahimov (Biləsuvar) – 4:1
Şamil Həbibov (DİN İK) – Bəxtiyar Qazıbəyov (DİN İK) – 1:4

67 kq
Cavid Çələbiyev ("Qəbələ” İK) – Nicat Əliheydərov ("Naxçıvan” İK) - birinci tam üstünlüklə qələbə qazanıb
Pərvin Heydərov ("Qızıl Əlcək” İK) – Etibar Cavadov ("Məhsul” İC) - ikinci döyüşə gəlməyib
Rəhman Quliyev (Gəncə) – Elmir Novruzov (Sumqayıt) – 4:1
Ümid Ağayev (BFL) – Xanbala Qurbanov (BFL) – 0:5
Turan Quluzadə ("Qızıl əlcək” İK) – Elməddin İsmayılov ("Zenit” İK) – 0:5

71 kq
Niyaməddin Allahverdiyev (Gəncə) – Ümid Hüseynli (Z-1 İK) - birinci tam üstünlüklə qələbə qazanıb
Xəzər Əliyev ("Qəbələ” İK) – Fərid İsmayıllı (Qəbələ) – 4:1
Ruslan Məmmədov ("Kür” İK) – İqor Platonov (DGK İK) – 5:0
Səbuhi Abışov (MOİK) – Rəşid Həsənov (BFL) – ikinci tam üstünlüklə qalib gəlib
Mirrahib Məmmədov (Sumqayıt) – Hüseyn Mustafazadə ("Naxçıvan” İK) – 1:4
Şamil Allahverdiyev (Qəbələ) – Laçın Balakişiyev (DİN İK) – birinci döyüşə gəlməyib
Qəşəm Məmmədov ("Sərhədçi” İK) – Nicat Həsənov ("Qızıl Əlcək” İK) – 0:5



17658 oxunub

InvestAZ