XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Mədət Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçildi
İdman 19:12 / 26.11.2021

Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) hesabat-seçki konfransı keçirilib. Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Hesabat-seçki yığıncağında Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti barədə birinci vitse-prezident Sahib Ələkbərovun hesabat məruzəsi dinlənilib.

Sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev səsvermə nəticəsində dörd il müddətinə federasiyanın prezidenti seçilib.

Sahib Ələkbərov federasiyanın birinci vitse-prezidenti kimi fəaliyyətini davam etdirəcək.

Konfransda, həmçinin Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiyanın vitse-prezidenti seçilib. AzVİF-in prezidenti və vitse-prezidentləri həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər. İcraiyyə Komitəsinin digər üzvləri Elşən Həsənov, Nadim Babayev və Vüqar Salahov olublar. Fərhad Əliyev yenə federasiyanın baş katibi kimi fəaliyyət göstərəcək.

Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.


42114 oxunub

InvestAZ