XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Xanlar Fətiyev yenidən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçildi
İdman 14:10 / 18.11.2021
Xanlar Fətiyev yenidən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki yığıncağı keçirilib. Konfransda gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hesabat-seçki yığıncağında Azərbaycan Üzgüçülük Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində Xanlar Fətiyev yenidən federasiyanın prezidenti seçilib. Elçin Həsənov və Mark Koqanov federasiyanın vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.
Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.
Tədbirdə çıxış edən Ç.Hüseynzadə federasiyanın fəaliyyətinin ötən dövrdə qənaətbəxş olduğunu bildirib. Federasiyanın fəaliyyətində gender bərabərliyinə də diqqət yetirilməsinin vacibliyini vurğulayan Ç.Hüseynzadə deyib: "Gender bərabərliyinin təmin olunması ilə bağlı işlərin görülməsi vacibdir. Digər məsələ isə federasiyanın adı ilə bağlıdır. Üzgüçülük Federasiyasına suyatullanma, sinxron üzgüçülük və digər növlər daxildir. Buna görə federasiyanın adının da uyğun seçilməsi tövsiyə edilir”.
Xanlar Fətiyev çıxış edərək qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Sonda Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev jurnalistlərin suallarını cavablandırıb.



2247 oxunub

InvestAZ