XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



DÇ-2022: Pley-offun əsas favoritləri müəyyənləşib
İdman 20:36 / 17.11.2021
DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsində oynayacaq komandaların Qətərdəki mundiala yüksəlmək şansları açıqlanıb.

Bukmeker kontorları son üç vəsiqəyə iddia edən 12 yığmanın dünya çempionatına çıxması üçün əmsalları açıqlayıb.

Birbaşa vəsiqə qazanmaması sensasiya sayılan Portuqaliya və İtaliya pley-offun əsas favoritləridir. Onlarla müqayisədə İsveçin mundial şansı təxminən iki dəfə azdır. Qardaş Türkiyə millisinin final mərhələsinə çıxması 6,00 əmsalla qiymətləndirilir.

Portuqaliya, İtaliya - 1,65
İsveç - 3,20
Rusiya, Uels - 4,00
Çexiya, Polşa, Şotlandiya - 5,00
Türkiyə, Ukrayna, Avstriya - 6,00
Şimali Makedoniya - 10,00

Qeyd edək ki, pley-off gələn ilin martında keçiriləcək.

29910 oxunub

InvestAZ