XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Bakıda dünya çempionatı başlayır
İdman 20:04 / 17.11.2021
Sabah Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək. Ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq.
İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Noyabrın 21-dək davam edəcək yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

49890 oxunub

InvestAZ