XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Sambaçılar” böyükhesablı qələbə ilə qrup liderliyini davam etdirirlər
İdman 10:14 / 15.10.2021
Cənubi Amerika ölkələri arasında futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin növbəti turunun oyunları keçirilib. Turun maraqlı oyunlarından biri yarış cədvəlinə liderlik edən Braziliya yığması ilə Uruqvay arasında təşkil olunub. "Amazoniya” stadionunda Uruqvayı qəbul edən sambaçılar rəqibini 4:1 hesabı ilə məğlub ediblər. Bununla da, 11 oyun keçirən Braziliya millisi onuncu qələbəsini qazanaraq, aktivindəki xalların sayını 31-ə çatdırıb. Braziliya millisinin heyətində Rafinya dubl edib, Neymar və Qabriel Barboza fərqləniblər. Qonaqların vurduğu yeganə təsəlli qolunun müəllifi isə Luis Suares olub.
Yarış cədvəlində liderin ən yaxın izləyicisi Argentina millisi də turu qələbə ilə bitirib. Heyətində Lionel Messinin də çıxış etdiyi Argentina "Monumental Antonio Vesenusio Liberti” stadionunda autsayderlərdən biri olan Perunu minimal hesabla məğlub edib – 1:0. Matçın taleyini həll edən yeganə qolu ilk yarıda Martines vurub.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Boliviya – Paraqvay – 4:0, Kolumbiya – Ekvador – 0:0, Çili – Venesuela – 3:0.
Hazırda yarış cədvəlində vəziyyət belədir: Braziliya – 31 xal, Argentina – 25, Ekvador – 17, Kolumbiya – 16, Uruqvay -16, Çili – 13, Boliviya – 12, Paraqvay – 12. Peru – 11, Venesuela – 7.


28661 oxunub

InvestAZ