XƏBƏR LENTİ
28 Noyabr 2021
26 Noyabr 2021
24 Noyabr 2021
22 Noyabr 2021
20 Noyabr 2021
19 Noyabr 2021
18 Noyabr 2021
17 Noyabr 2021



Fərid Qayıbov Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə tanış olub
İdman 10:11 / 14.10.2021
Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində (BANM) olub. Məktəbin fəaliyyəti ilə tanış olan nazir tələbə və müəllim kollektivi ilə görüşüb. BANM-ın rektoru Elmar Qasımov burada yaradılmış şərait və gənclərin təhsil uğurları barədə məlumat verib. Qeyd edib ki, məktəbdə gənclərin həm təhsil, həm də yaradıcılıq vərdişlərinə xüsusi diqqət yetirilir.
Nazir burada Azərbaycan neft-qaz sənayesi tarixini əks etdirən muzey, yeməkxana, laboratoriya, tələbə yataqxanası, kompüter otağı və Erasmus+ otağına baxıb, bakalavrların dərs prosesi ilə tanış olub.
F.Qayıbova məlumat verilib ki, ali məktəbdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Standartlara uyğun futbol meydançası, müxtəlif növlər üzrə idman zalları, trenajor zalı, üzgüçülük hovuzu tələbələrin istifadəsinə verilib. Nazir məktəbin təcrübəli üzgüçülük müəllimi Pyotr Kuvşinovla tələbələrin idmana, xüsusilə də su idmanı növlərinə marağı və məşğələlər barədə fikir mübadiləsi aparıb.
F.Qayıbov müxtəlif növlər üzrə idman klublarının sədrləri ilə tanış olub, tələbələrin məşq proseslərini izləyib. Burada idman dərslərinə yaradılan şəraitdən razılğını bildirən nazir buna görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra Fərid Qayıbov toplantı zalında məktəbin yaradıcılıq klubları sədrləri, prezident təqaüdçüləri, fəal tələbələri ilə görüşüb. Görüş zamanı tələbələlə fikir mübadiləsi aparan nazir onların gənclər, idman və yaradıcılıq mövzusunda suallarını cavablandırıb, arzu və təkliflərini dinləyib, nazirliyin qarşıya qoyduğu məqsəd və vəzifələr, görüləcək işlər barədə danışıb. O qeyd edib ki, hər bir sahədə uğur qazanmaq üçün zamana ehtiyac var. Əsas ruhdan düşməmək və milli-mənəvi dəyərləri qorumaqla inkişafa çalışmaq lazımdır.
Səmimi görüşə görə məktəbin tələbələri və pedaqoji heyəti adından təşəkkürünü bildirən rektor nazirə məktəbin xatirə hədiyyəsini təqdim edib.

1795 oxunub

InvestAZ