XƏBƏR LENTİ
26 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021
13 Oktyabr 2021



Boks yarışlarının qalibləri mükafatlandırılıb
İdman 16:32 / 17.09.2021

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə boks idman növü üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən şəhər açıq birinciliyinin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Əməkdar məşqçi və Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Albert Qəribov çıxış edərək, boks idman növünün inkişafı üçün belə yarışların mütəmadi olaraq keçiriləcəyini və idmançılarımızın uğurlu nəticələr əldə etməsi üçün bu cür yarışların keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu qeyd ediblər.
Qeyd edək ki, yarışın sonunda qalib idmançılar Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

1795 oxunub

InvestAZ