XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



“Təhsil” RİM-in yetirmələri Belqradda uğurla çıxış ediblər
İdman 16:00 / 17.09.2021
Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında cüdo və karate idman növləri üzrə yarışlar başa çatıb. Həmin oyunlarda Azərbaycan yığma komandasının tərkibində ölkəmizi təmsil edən "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 10 nömrəli uşaq-gənclər idman məktəbinin cüdoçuları Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq) və Hüseyn Eyvazlı (66 kq) üçüncü yeri tutublar.
Karate üzrə yarışlarda isə "Təhsil” RİM-in 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-gənclər İdman Məktəbinin yetirmələrindən Ramilə Heydərova, Orxan Musayev gümüş, 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançılarından isə Pərvin Hüseynzadə gümüş, Sunay Kazımlı və Cavidan Cəlilzadə bürünc medala sahib olublar.

26580 oxunub

InvestAZ