XƏBƏR LENTİ
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Konfrans Liqası: “Qarabağ” qrup mərhələsinə heç-heçə ilə başladı
İdman 23:01 / 16.09.2021
Futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turunun oyunları keçirilib. Turun ilk oyununda Azərbaycanın "Qarabağ” komandası İsveçrənin "Bazel” klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın hər iki hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər. Bləliklə, belçikalı FIFA referisi Erik Lambrexts idarə etdiyi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb -0:0.

Oyun "Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olub. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxıb.

Qeyd edək ki, H qrupunun digər oyununda – "Kayrat” – "Omoniya” matçında da qapılara qol vurulmayıb.

25408 oxunub

InvestAZ