XƏBƏR LENTİ
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025
14 May 2025



Əfsanəvi futbolçunun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
İdman 17:00 / 07.09.2021
Əfsanəvi futbolçu, "Şöhrət” ordenli Anatoli Banişevskinin 75 illik yubileyi, yarışın 25 illiyi, həmçinin Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) 15 illiyi münasibətilə futbol turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, AFFA-nın rəhbərliyi və BKFF-nın təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt və Abşeronun kənd və qəsəbələrinin komandaları iştirak edib.
Turnirin yarımfinal mərhələsində "Dirçəliş” və "İ.Cavadov” komandaları qarşılaşıblar. Şağan Olimpiya İdman Kompleksində keçirilən oyunda "Dirçəliş” komandası 2:0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində "Dirçəliş” komandası bürünc medala layiq görülüb.
Turnirin final oyununda isə "Curat” və "Çinar” komandaları üz-üzə gəlib. Oyundan əvvəl hər iki finalçı A.Banişevskinin və T.Bəhramovun məzarını ziyarət edərək, onların məzarı üstünə əklil qoyublar. Həlledici görüşdə 8:3 hesabı ilə qələbə qazanan "Curat” komandası turnirin qalibi adını qazanıb.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib gələn komandalar medallar, diplomlar, toplar və "Neftçi” FK-nın formaları ilə təltif olunublar.
Mükafatlandırma zamanı turnirin veteran futbolçusuna, bombardirinə, həmçinin ikinci yeri tutan komandanın bəzi oyunçularına fəallıqlarına görə mükafatlar təqdim olunub.

30539 oxunub

InvestAZ