XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Çin olimpiadada liderliyini davam etdirir
İdman 18:48 / 25.07.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarının üçüncü gününə yekun vurulub.​ İkinci medal günündə 18 dəst mükafat öz sahibini tapıb.​ Bununla da sahibini tapan medal dəstlərinin sayı 29-a çatıb. Azərbaycan idmançıları bir gün öncə olduğu kimi yenə fəxri kürsüyə yüksələ bilməyiblər.

Ümumilikdə isə 40 ölkə mükafatçılar sırasında düşüb. Çempionluq sevinci isə yalnız 16 yığma üzvlərinə nəsib olub.

Medal sıralamasında Çin 11 (6 qızıl, 1 gümüş, 4 bürünc) medalla liderliyini davam etdirib. ​ Yaponiya ikinci yerdə mövqeyini möhkəmlədib – 6 medal (5 qızıl, 1 gümüş). ABŞ 10 (4 qızıl, 2 gümüş, 4 bürünc) medalla üçüncü pilləni ələ keçirib.


28028 oxunub

InvestAZ