XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026



Son dünya çempionlarından minimal hesablı qələbə
İdman 10:03 / 16.06.2021
İyunun 15-də futbol üzrə Avropa çempionatının F qrupunda birinci turun son oyunu keçirilib. Bununla da bütün quruplarda birinci tura yekun vurulub. Günün sonuncu oyununda Fransa millisi Münhendə Almaniya ilə qarşılaşıb. "Fussball Arena"da keçirilən matç bundestimin məğlubiyyəti ilə başa çatıb. Oyunun müqəddəratını matçın 20-ci dəqiqəsində vurulan avtaqol həll edib. Bundestimin müdafiəçisi Mats Hummels topu öz qapısına göndərib. Oyunda başqa qol olmayıb və Fransa millisi rəqibini minimal hesabla məğlub edib.

İlk mərhələdən sonra F qrupunun turnir cədvəlinə 3 xalla Portuqaliya millisi başçılıq edir. İkinci pillədə yer alan Fransanın da aktivində üç xalı var. 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq Almaniya və Macarıstan yığmaları qərarlaşıb.

48425 oxunub

InvestAZ