XƏBƏR LENTİ
05 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Bu gün daha 3 cüdoçumuz “Böyük dəbilqə”də turnirində mübarizəyə başlayır
İdman 13:35 / 02.04.2021
Antalyada keçirilən "Böyük dəbilqə” turnirinin ikinci yarış günündə daha 3 cüdoçumuz mübarizəyə başlayır.
Kişiklərin yarışında 81 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev Abılayxan Zubanazar (Qazaxıstan) - Damian Stepien (Polşa) cütünün qalibi, Zelim Tskayev isə madaqaskarlı Fetra Ratsimizia ilə güclərini sınayacaqlar.
Qadınların yarışında isə Günel Həsənli mübarizəyə başlayacaq. 70 kq çəki dərəcəsində çıxış edəcək cüdoçumuzun ilk rəqibi Maria Bernabeu (İspaniya) olacaq.
Qeyd edək ki, komandamızın aktivində, hələlik 1 medal var. Belə ki, Nicat Şıxəlizadə (66 kq) turnirin bürünc medalını qazanıb.
Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.

26190 oxunub

InvestAZ