XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021
19 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021



Tokio-2020: Təşkilat komitəsində qadınların sayı artır
İdman 17:00 / 02.03.2021
Tokio Olimpiadasının təşkilat komitəsində çalışan qadınların ümumi sayının artırılması planlaşdırılır.
Bu barədə Tokio-2020-nin təşkilat komitəsinin Baş katibi Toşiro Muto jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, komitəyə daha 12 qadın işçinin cəlb edilməsi ilə onların ümumi sayının 42 faizə çatdırılması planlaşdırılır.
Bundan əvvəl Tokio Olimpiadasının təşkilat komitəsinin yeni seçilmiş rəhbəri Seyko Haşimoto qurumda çalışan qadınların sayını 40 faizə çatdıracağını vəd etmişdi.
Təşkilat komitəsinin yeni rəhbərinin seçimi bu vəzifəni tutan Yoşiro Morinin istefasından sonra – fevralın 18-də baş tutub.
Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri, 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi fikirlərə görə kəskin tənqid edilib və istefa verməli olub.
Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

1669 oxunub

InvestAZ