XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Qran-pri yarışında 6 idmançımız mübarizə aparacaq
İdman 17:03 / 04.02.2021
Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) para-atletika millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək "Dubai 2021 World Para Athletics” Qran-prisində iştirak edəcək.
MPK-dan verilən məlumata görə, fevralın 6-da start götürəcək yarış öncəsi qurumun prezidenti İlqar Rəhimov komanda üzvlərini qəbul edib.
Görüşə MPK-nın baş katibi Kamal Məmmədov da qatılıb.
Rəhimov pandemiya səbəbindən uzun müddət yarışlardan kənarda qalan idmançılara uğurlar arzulayıb. O qeyd edib ki, yarış lisenziya xarakterli olduğundan Qran-pridə yaxşı nəticələr göstərmək olduqca vacibdir.
Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Panyutin idmançıların yarışlara hazır olduqlarını bildirib.
Para-atletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək.
Qeyd edək ki, 3 para-atlet artıq Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

26809 oxunub

InvestAZ