XƏBƏR LENTİ
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



UEFA Avro-2020 biletlərinin satışında dəyişiklik etdi
İdman 13:08 / 15.01.2021
Avro-2020-nin Rusiya Federasiyasının Təşkilat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) biletlərin satış şərtlərinə və onların geri qaytarılması qaydasına dəyişikliklər edib. Belə ki, stadionda yerlər ixtisar edildikdə və ya tribunalar tam bağlandıqda UEFA biletin məbləğini azarkeşlərə qaytaracaq. Azarkeş xəstəliklə üzləşdiyi halda isə (o cümlədən COVİD-19) o, bileti ailə üzvlərinə və ya dostlarına təqdim edə bilər.
Həmçinin xəbər verilir ki, Rusiya Federasiyası vətəndaşları və ölkə sakinləri də daxil olmaqla, Sankt-Peterburqda keçirilən oyunları izləmək üçün azarkeş pasportu əldə edilməlidir. Bundan əlavə oktyabrın 1-dək verilən pasportların etibarsız olduğu bildirilir.
Qeyd olunur ki, bilet sahibləri stadionda qəbul edilmiş sanitar qaydalarına, eləcə də təşkilatçı ölkə tərəfindən müəyyən edilmiş bütün normalara riayət etməlidirlər.
Xatırladaq ki, bir müddət əvvəl Sankt-Peterburqun AVRO-2020 və WADA sanksiyalarına baxmayaraq, Çempionlar Liqasının finalını qəbul edəcəyi bildirildi.

28593 oxunub

InvestAZ