XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Futbolçu kluba görə 7,8 milyon avrodan imtina etməyə hazırdır
İdman 13:22 / 14.01.2021
"Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil klubdan getməsinə görə əmək haqqından imtina etməyə hazırdır. Məlumata görə, müqavilənin bitməsinə kimi futbolçu 7,8 milyon avro qazanmalıdır. Lakin klubun rəhbərliyi M.Özilin "Fənərbağça” komandasına keçəcəyi təqdirdə ona ödəniş etmək istəmədiyini çatdırıb. Məsut Özil isə bu qış komandanı tərk etmək üçün əmək haqqından imtina etməyə hazırdır.

Qeyd edək ki, bir müddət əvvəl M.Özil Türkiyənin "Fənərbağça” klubuna keçəməyə yaxın idi. Futbolçu ilə "Arsenal” komandasının müqaviləsi isə bu ilin iyun ayında başa çatır.

33581 oxunub

InvestAZ