XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025



Formula 1 üzrə Azərbaycan Qran-Prisi bu il də keçirilməyə bilər
İdman 14:47 / 13.01.2021
Formula 1 üzrə builki Azərbaycan Qran-prisi də baş tutmaya bilər. "Auto Motor und Sport” nəşrinə istinadən xəbər verir ki, trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı 7 həftə vaxt lazımdır, üstəlik ölkəyə xaricdən işçilər gəlməlidir. Lakin səyahət məhdudiyyətləri və ya karantinlə bağlı öhdəliklər işləri çətinləşdirir.

Azərbaycandakı yarışdan başqa Monako və Kanada Qran-prilərinin də taleyi bəlli deyil. Monako mərhələsi mayın 23-də olmalıdır. Yekun qərarın fevralın sonlarında veriləcəyi gözlənilir. Bu üç Qran-pridən birinin ləğvi Türkiyədə Formula 1 yarışının keçirilməsi üçün zəmin yarada bilər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva açıqlamasında onlarda belə bir rəsmi məlumatın olmadığını bildirib. Bununla yanaşı o, əlavə edib ki, yarışla bağlı hazırlığa başlanılmayıb. G.Quliyevanın

sözlərinə görə, hazırlıq işlərinə karantindən sonra start veriləcək: "Formula 1 təqvimi açıqlayıb və elan olunub ki, Azərbaycan Qran-prisinin keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Kanadadakı yarış isə 11-13 iyuna təyin edilib. 2020-ci ildə Azərbaycandakı yarış koronavirusa görə ləğv edilib.

29370 oxunub

InvestAZ