XƏBƏR LENTİ
28 Yanvar 2021
27 Yanvar 2021
26 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
21 Yanvar 2021
20 Yanvar 2021



Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub məşqçiliyə başladı
İdman 11:31 / 08.01.2021
Sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub. Titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək. Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib. Xatırladaq ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. C.Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.
1243 oxunub

InvestAZ