XƏBƏR LENTİ
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Turnir təşkilatçıları məhkəməyə verilməklə hədələnir
İdman 18:18 / 04.01.2021
Avstraliya Açıq Çempionatının təşkilatçıları yarışlara bir ay qalmış yeni problemlə üzləşiblər. Belə ki, Melburnda yerləşən hotellərin birindəki mənzil sahibləri, idmançıları karantin səbəbi ilə bu hotelə yerləşdirməyi planlaşdıran təşkilatçıları məhkəməyə verəcəklərini bildiriblər. "Westin Melbourne” hotelindəki mənzillərin sahibləri sağlamlıqları üçün narahat olduqlarını və ümumiyyətlə, xarici oyunçuların hotelə yerləşdirilməsinə razılıq vermədiklərini deyiblər. "Mənim 84 yaşım var və risk qrupuna daxiləm. Belə bir qərarı bizimlə razılaşmadan aldıqları üçün mən dəhşət içindəyəm”,- deyə mənzil sahiblərindən biri qeyd edib.
Qeyd edək ki, tennisçilər Melburna yanvarın ortasında gələcəklər. Qaydaya görə, idmançılar 14 günlük karantin rejmini keçməlidirlər.
Xatırladaq ki, Australian Open turniri fevralın 8-21-də keçiriləcək.

45636 oxunub

InvestAZ