XƏBƏR LENTİ
26 Mart 2019
25 Mart 2019
24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Real Madrid" (46.16%)
"Barselona" (23.08%)
"Yuventus" (7.69%)
"Bavariya" (15.38%)
"Mançester Siti" (0%)
Digər (7.69%)
Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Olimpiya Hərəkatı 12:29 / 15.03.2019


Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib.
Açılış mərasimində Əbu-Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan çıxış edərək, Dünya Xüsusi Olimpiya Oyunlarını açıq elan edib.
Tədbirdə Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Seneqal Prezidenti Maki Sal, Malta Prezidenti Cozef Muskat, BƏƏ-nin Əcman, Fuceyra, Umm Əl-Quveyn və Ras Əl-Xeymə əmirliklərinin əmirləri, vəliəhdləri, yüksək səviyyəli qonaqlar, nazirlər iştirak ediblər. Azərbaycanın BƏƏ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Leyla Süleymanova və ölkəmizin Dubay və Şimal əmirliklərindəki baş konsulu Cavidan Hüseynov da açılış mərasiminə qatılıblar.
Səfər çərçivəsində nazir Azad Rəhimov Əbu-Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan, Baş nazir və vitse-prezident Şeyx Məhəmməd Bin Rəşid Əl Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.
Əbu-Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşdə nazir Azad Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Əbu-Dabi Vəliəhdinə çatdırıb.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, onun da salam və səmimi arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbir çərçivəsində təşkil olunmuş "Qlobal Gənc Liderlər Zirvəsi 2019” adlı sammitdə iştirak edib. Tədbirin açılış mərasimində BƏƏ-nin mədəniyyət və biliyin inkişafı naziri Nura bin Məhəmməd Əl-Kaabi, Beynəlxalq Xüsusi Olimpiya Təşkilatının sədri Timoti Şrayver, Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə regional prezidenti və icraçı direktoru Əyman Əbdülvəhhab və digərləri çıxış ediblər. Timoti Şrayver çıxışında ötən il Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumunu xüsusi vurğulayıb. Bakı Forumunun Xüsusi Olimpiya Hərəkatının inkişafında müstəsna rol oynadığını bildirən Timoti Şrayver Azərbaycanın gənclərə, o cümlədən əqli məhdudiyyəti olan gənclərə yüksək diqqət və qayğısını, dünya şöhrətli ulduzların da məhz həmin müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.
İlk dəfə 1968-ci ildə təşkil olunan Dünya Xüsusi Olimpiya Oyunları xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına yönələn dünyanın ən böyük humanitar idman fəaliyyəti və qlobal hərəkatdır. Martın 14-də start götürən və bir həftə davam edəcək Əbu-Dabi Dünya Xüsusi Olimpiya Oyunlarında 190-dan çox ölkədən 7 mindən artıq atlet idmanın 24 növü üzrə mübarizə aparır. Azərbaycan Oyunlarda idmanın 10 növü üzrə 56 idmançı ilə təmsil olunur.



197 oxunub

InvestAZ