XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Qarabağ” Avropa Liqasında növbəti oyununa çıxacaq
İdman 15:45 / 26.11.2020

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Azərbaycanın "Qarabağ” klubu da turnirdə növbəti oyununu keçirəcək. Ağdam klubu I qrupundakı 4-cü tur matçında Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşacaq. Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Köhlən atlar" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.

Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. "Qarabağ"da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər - Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcəklər. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda İspaniyanın "Vilyarreal" klubu İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Turnirin iddialı komandalarından İngiltərənin "Arsenal" klubu Norveçdə "Molde"nin qonağı olacaq. Londonun digər təmsilçisi "Tottenham" isə Bolqarıstanın "Lüdoqorets" klubunu qəbul edəcək.

İtaliya klublarından "Milan" Fransada "Lill"in, "Roma" isə Rumıniyada ÇFR-lə qarşılaşacaq. "Napoli" isə Xorvatiyanın "Riyeka" komandasını qəbul edəcək.

Avropa Liqası IV tur

A qrupu

21:55. MOİK (Sofiya, Bolqarıstan) - "Yanq Boyz” (İsveçrə) 00:00. ÇFR (Rumıniya) - "Roma” (İtaliya)

Xal durumu: "Roma" - 7, "Yanq Boyz" - 4, ÇFR - 4, MOİK - 1

B qrupu

21:55. "Molde” (Norveç) - "Arsenal” (İngiltərə) 00:00. "Dandolk” (İrlandiya) - "Rapid” (Vyana, Avstriya)

Xal durumu: "Arsenal" - 9, "Molde" - 6, "Rapid" - 3, "Dandolk" - 0

C qrupu

00:00. "Nitsa” (Fransa) - "Slaviya” (Praqa, Çexiya) 00:00. "Bayer” (Almaniya) - "Hapoel” (Beer-Şeva, İsrail)

Xal durumu: "Slaviya" - 6, "Bayer" - 6, "Nitsa" - 3, "Hapoel" - 3

D qrupu

00:00. "Reyncers” (Şotlandiya) - "Benfika” (Portuqaliya) 00:00. "Standard” (Belçika) - "Lex” (Polşa)

Xal durumu: "Reyncers" - 7, "Benfika" - 7, "Lex" - 3, "Standard" - 0

E qrupu

00:00. PSV (Niderland) - PAOK (Yunanıstan) 00:00. "Qranada” (İspaniya) - "Omoniya” (Kipr)

Xal durumu: "Qranada" - 7, PAOK - 5, PSV - 3, "Omoniya" - 1

F qrupu

00:00. AZ (Niderland) - "Real Sosyedad” (İspaniya) 00:00. "Napoli” (İtaliya) - "Riyeka” (Xorvatiya)

Xal durumu: AZ - 6, "Napoli" - 6, "Real Sosyedad" - 6, "Riyeka" - 0.

G qrupu

21:55. "Braqa” (Portuqaliya) - "Lester” (İngiltərə) 21:55. AEK (Yunanıstan) - "Zarya” (Ukrayna)

Xal durumu: "Lester" - 9, "Braqa" - 6, AEK - 3, "Zarya" - 0

H qrupu

21:55. "Sparta” (Praqa, Çexiya) - "Seltik” (Şotlandiya) 21:55. "Lill” (Fransa) - "Milan” (İtaliya)

Xal durumu: "Lill" - 7, "Milan" - 6, "Sparta" - 3, "Seltik" - 1

I qrupu

21:55. "Qarabağ” (Azərbaycan) - "Sivasspor” (Türkiyə) 21:55. "Makkabi” (Təl-Əviv, İsrail) - "Vilyarreal” (İspaniya)

Xal durumu: "Vilyarreal" - 9, "Makkabi" - 6, "Sivasspor" - 3, "Qarabağ" - 0

J qrupu

21:55. LASK (Avstriya) - "Antverpen” (Belçika) 00:00. "Tottenhem” (İngiltərə) - "Lüdoqorets” (Bolqarıstan)

Xal durumu: "Tottenhem" - 6, "Antverpen" - 6, LASK - 6, "Lüdoqorets" - 0

K qrupu

21:55. "Volfsberq" (Avstriya) - "Dinamo” (Zaqreb, Xorvatiya) 21:55. MOİK (Moskva, Rusiya) - "Feyenoord” (Niderland)

Xal durumu: "Dinamo" - 5, "Volfsberq" - 4, "Feyenoord" - 4, MOİK - 2

L qrupu

21:55. "Gent” (Belçika) - "Srvena Zvezda” (Serbiya) 21:55. "Slovan” (Liberec, Çexiya) - "Hoffenhaym” (Almaniya)

Xal durumu: "Hoffenhaym" - 9, "Srvena Zvezda" - 6, "Slovan" - 3, Gent - 0.


16294 oxunub

InvestAZ