XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Erməni terrorunudan əziyyət çəkən veteran futbolçularla görüş olub
İdman 12:35 / 25.11.2020
Oktyabrın 11-də gecə saatlarında ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində terrordan zərər çəkənlərdən üçü veteran futbolçudur. "Kəpəz” klubunun bazasında vaxtilə komandanın şərəfini qorumuş veteran idmançılar Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyevlə görüş keçirilib.

Partlayış baş verən binada yaşamış E.Mustafayevlə S.Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar, mənzilləri yararsız hala düşüb. S.Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi ziyan görüb.

Erməni vəhşiliyi nəticəsində yaşananlar klub rəhbərliyi ilə görüşdə bir daha xatırlanıb, dinc əhaliyə yönələn terror pislənilib. "Kəpəz”in icraçı direktoru İlqar Nadiri düşmənin müharibə qanunlarına, beynəlxalq hüququn normalarına sığmayan, insanlıq əleyhinə yönələn hərbi cinayətlər törətdiyini bildirib. O, baş verənlərin Gəncə sakinlərinin mübariz ruhunu sarsıtmadığını vurğulayıb. Şanlı Ordumuzun da ardıcıl qələbələri ilə insanların ruh yüksəkliyi yaşadığını, çətin günlərdə bir yumruq kimi birləşdiyini vurğulayıb.

Görüşdə klub adından veteran futbolçulara geyim dəstləri hədiyyə edilib, maddi köməklik göstərilib. Gündəlik həyat və məişət qayğılarının dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən sabiq oyunçular göstərilən diqqət və qayğıya, dəstəyə görə minnətdarlıq ediblər.

"Kəpəz”lə yanaşı, Azərbaycanın müxtəlif klublarında da oynamış veteran futbolçulara klubda görülən işlərlə bağlı məlumat verilib.

Baş məşqçi Yaşar Vahabzadə yeni istedadlı gənc nəslin yetişdiyini, əsas komandanın qazandığı nəticələrlə turnir cədvəlinin üst sıralarında qərarlaşdığını və azarkeşləri sevindirdiyini qeyd edib.

26480 oxunub

InvestAZ