XƏBƏR LENTİ
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025



“Neftçi” yeni baş məşqçi ilə böyükhesablı qələbə qazandı
İdman 21:25 / 22.11.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti görüşləri keçirilib. Günün ilk matçı Qəbələdə təşkil olunub. AZəərbaycanın flaqmanı "Neftçi” səfərdə "Qəbələ”nin qonağı olub. Oyun "ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb -1:4. Matçda hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk fəqlənərək qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. Üç dəqiqə sonra "Qəbələ”nin heyətində Yusif Nəbiyev fərqlənib. 90+3-cü dəqiqədə Prins İbara növbəti dəfə meydan sahiblərini məyus edib.
Bu, "Neftçi”nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu və ilk qələbəsi olub. Flaqman qələbə sayəsində xallarının sayını 17-yə yüksəldib və ikinci sıraya qalxıb. "Qəbələ" isə 8 xalla 7-ci pillədədir.

31274 oxunub

InvestAZ