XƏBƏR LENTİ
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



Qarabağdan
İdman 17:11 / 20.10.2020

Şikar İsmayıl oğlu Məstəli 1939-cu ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. Şərqşünas-fars dili tərcüməçisidir. İran və Əfqanıstanda tərcüməçi işləyib. Bir neçə şeir kitabının, elmi tərcümələrin və fars klassik ədəbiyyatından tərcümə etdiyi yazıların müəllifidir. Şikar Məstəli indi 81 yaşındadır. O, anadan olduğu Quycaq kəndinə, yenicə azad olunan Cəbrayıla yola düşmək üçün günləri, saatları sayır. Çoxminli oxucularımıza Şikar Məstəlinin "Qarabağdan” şerini təqdim edirik.

Sən ey igid əsgər, sən ey mərd oğul,
Düşmənin əlini üz Qarabağdan!
Qalib addımlarla keç qarış-qarış,
Dağlıq Qarabağdan, Düz Qarabağdan!

Qızıl bir bayrağa döndər qəddini,
Göstər sən yağıya,  göstər həddini,
Dağıdıb, tapdayıb düşmən səddini,
Vüqarla dünyanı süz Qarabağdan!

Zəfər bayramına dünyanı hayla,
Şikar tonqal çatsın o Tay, bu Tayla,
Qadir əllərinlə, əzminlə payla,
Hər sönən ocağa köz Qarabağdan!

Şikar Məstəli

28935 oxunub

InvestAZ