XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



“Böyük dəbilqə” turnirində iştirak edəcək idmançılar müəyyənləşdi
İdman 16:56 / 13.10.2020
Oktyabrın 23-25-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan "Böyük dəbilqə” turnirində Azərbaycan komandasının heyətində 17 cüdoçu mübarizə aparacaq. Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və Camal Feyziyev (100 kiloqramdan yuxarı) kişilərin yarışında mübarizə aparacaqlar.
Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) qadınlar arasında təşkil edilən yarışda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışda idmançılar "Tokio-2020” Olimpiadasına reytinq xalları da qazanacaqlar. Yarışda 80 ölkədən 624 cüdoçu iştirak edəcək.

31302 oxunub

InvestAZ