XƏBƏR LENTİ
28 Oktyabr 2020
27 Oktyabr 2020
24 Oktyabr 2020
23 Oktyabr 2020
22 Oktyabr 2020
21 Oktyabr 2020



Azərbaycan Voleybol Federasiyası ordumuza dəstək nümayiş etdirib
İdman 21:26 / 06.10.2020

Bir neçə gündür ki, şanlı ordumuz düşmən tapdağı altında olan torpaqlarımızın bir qismini azad edərək, xalqımıza əsl qələbə sevinci bəxş etməyə davam edir. Bu səbəbdən bir çox idman qurumları ordumuza dəstək nümayiş etdirir. Hərbçilərimizə dəstək olmaq və daha da ruhlandırmaq üçün Azərbaycan Voleybol Federasiyası da aksiyaya qoşulub. Milli komandamızın üzvlərinin və məşqçilərin iştirakı ilə keçirilən dəstək aksiyasında "Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!” şüarı səsləndirilib.
"Olimpiya dünyası” qəzetinə fikirlərini bildirən yığma komandamızın üzvləri və məşqçilər ordumuzun bu haqq mübarizəsində zəfər çalacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, "Azərreyl” klubunun kapitanı Cavid Əzimov könüllü şəkildə ordu sıralarına qoşulub.



"Torpaqlarımız uğrunda döyüşməyə və canımı verməyə hər an hazıram”

Fərid Cəlalov (Kişilərdən ibarət milli komandanın və "Murov” klubunun baş məşqçisi):

- Döyüşlərin bir müddətdir başlamasına baxmayaraq, şanlı ordumuz artıq xeyli ərazini düşməndən azad edib. Qarabağ əzəli Azərbaycan torpağıdır və bu torpaqlar işğal olunan gündən hər bir azərbaycanlının ürəyində bir yara olub. Ürəyimizdəki bu yaranı sağaltmağın vaxtı gəlib çatıb. Torpaqlarımız uğrunda döyüşməyə və canımı verməyə hər an hazıram. Cəsarətsiz düşmən güclü Azərbaycan əsgərinin qarşısında dayana bilməz və ümid edirəm ki, qısa müddətdə onlar ordumuza təslim olacaqlar. Hər bir halda mən əminəm ki, xalqımız tezliklə dədə-baba torpaqlarına qovuşacaq. Bir sözlə, şanlı ordumuzun haqq mübarizəsində qələbə qazanacağına inanıram.


"Hər kəs bilməlidir ki, Qarabağ bizimdir və bizim olacaq”

Famil Ağayev (Qadınlardan ibarət milli komandanın məşqçisi, "Azərreyl” klubunun baş məşqçisi):

- Azərbaycan Voleybol Federasiyası olaraq, hər zaman əsgərlərimizin yanındayıq. Ali Baş Komandanımızın verir qərarları dəstəkləyirik və hər zaman dayaq olmağa hazırıq. Azərbaycanın əzəli torpağlarını işğaldan azad etmək uğrunda şəhid olan əsgərlərimizin valideynlərinə, yaxınlarına, bütün xalqımıza başsağlığı və səbr diləyirəm. Döyüşlərdə yaralanan əsgərlərimizə isə Allah tezliklə şəfa versin. Əminəm ki, hansı yol ilə olursa-olsun, torpaqlarımız düşməndən təmizlənəcək və vətəndaşlarımız doğma yurduna qayıdacaqlar. Hər kəs bilməlidir ki, Qarabağ bizimdir və bizim olacaq”.


"Xalqımızın illərdir yaşadığı torpaq həsrətinin bitəcəyinə əminəm”

Pərviz Səmədov (Azərbaycan milli komandasının üzvü):

- Hər bir Azərbaycan vətəndaşı kimi uzun illərdir düşmən tapdağı altında qalan torpağlarımızı azad etməyə hazırıq. Cənab Prezident İlham Əliyevin xalqa müraciətlərini izləyərkən daha da ruhlanır və torpağlarımızı tezliklə düşməndən azad edəcəyimizə əmin oluruq. Mən də bir Azərbaycan vətəndaşı kimi, könüllü şəkildə ordu sıralarına qoşulmaq üçün qeydiyyatdan keçmişəm və döyüşmək üçün öz növbəmi gözləyirəm. Şanlı ordumuzun bu mübarizədən qalib ayrılacağına və xalqımızın illərdir yaşadığı torpaq həsrətinin bitəcəyinə əminəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz bugünki təhlükəsizliyimizi onlara borculuyuq.


"Torpaqlarımızın Azərbaycanın igid əsgərləri tərəfindən azad edilməsi tarixi hadisədir”

Nilufər Ağazadə (Azərbaycan milli komandasının üzvü):

- Uzun illərdir ölkəmizin qədim torpaqlarının düşmən tapdağı altında olması hər birimiz üçün böyük narahatlıq doğurur. Lakin yaşadığımız son bir neçə gün xalqımız üçün həqiqətən də sevincli və qürurvericidir. Torpaqlarımızın Azərbaycanın igid əsgərləri tərəfindən azad edilməsi tarixi hadisədir. Əminəm ki, yaxın zamanda işğal olunmuş bütün torpaqlarımıza qovuşacağıq. Mən də hər bir vətəndaş kimi ölkə başçımızın qərarlarına güvənirəm və hər zaman dəstək olmağa hazıram. Əminəm ki, işğal altında olan digər ərazilərimiz də tezliklə düşməndən azad olunacaq və ölkəmiz bu bəladan qurtulacaq.

Türkay Niftəliyeva




1277 oxunub

InvestAZ