XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: II təsnifat mərhələsinə start verildi
İdman 11:45 / 17.09.2020
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. "Proqres" Lüksemburqda Niderlandın "Villem II" komandasına 0:5, "Hammarbü" İsveçdə Polşa "Lex"inə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Farer adaları təmsilçisi "B36 Torshavn" isə evdə Uelsin TNS klubuna qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

16 sentyabr UEFA Avropa Liqası II təsnifat mərhələsi

20:30. "Proqres" (Lüksemburq) - "Villem II" (Niderland) 0:5 Qollar: Vangelis Pavlidis, 21, 34, Görkem Sağlam, 28, Çe Nanneli, 46, Mayk Tresor Ndayişimiye, 65

21:00. "Hammarbü" (İsveç) - "Lex" (Polşa) 0:3 Qollar: Pedro Tiba, 55, Yakub Kaminski, 89, Filip Marxvinski, 90+3 Qırmızı vərəqə: Yeppe Andersen, 63

22:00. "B36 Torshavn" (Farer adaları) - TNS (Uels) 2:2 (ƏLAVƏ VAXT - 1:1, PENALTİLƏRLƏ - 5:4)

Qollar: Mixal Pşıbilski, 47, Din Ebbe, 112 - Leo Smit, 81, Stefan Radosavlyeviç, 120+2

III təsnifat mərhələsində "Villem II” "Linkoln" (Cəbəllütariq) / "Reyncers" (Şotlandiya) cütünün, "Lex” OFI (Yunanıstan) / "Apollon" (Limassol, Kipr) cütünün, B36 isə MOİK (Sofiya, Bolqarıstan) / BATE (Borisov, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında II raunda sentyabrın 17-də yekun vurulacaq. Həmin gün "Neftçi" Bakı Olimpiya Stadionunda Türkiyə "Qalatasaray"ı ilə üz-üzə gələcək. Görüş saat 21:00-da start götürəcək.

32399 oxunub

InvestAZ