XƏBƏR LENTİ
24 Sentyabr 2020
23 Sentyabr 2020
22 Sentyabr 2020
21 Sentyabr 2020



Birinci MDB Oyunları 2021-ci ilə təxirə salınıb
Olimpiya Hərəkatı 11:23 / 05.09.2020

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanın ev sahibliyi edəcəyi birinci MDB Oyunları 2021-ci ilə təxirə salınıb. TASS agentliyinin yaydıği xəbər verir ki, bu barədə Tatarıstanın İdman naziri Vladimir Leonov məlumat verib. O bildirib ki, yarışların yay aylarında təşkili nəzərdə tutulub və hazırda federasiyalarla bu barədə müzakirələr aparılır.

Qeyd edək ki, birinci MDB Oyunlarının əvvəlcə avqustun 20-27-də keçirilməsi planlaşdırılsa da, yarışlar koronavirus səbəbindən təxirə salınıb.

Birinci MDB Oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də Oyunlara dəvət edə bilər. Kazanın bu yarışlarda 2 mindən çox idmançını və 600 rəsmi şəxsi qəbul edəcəyi gözlənilir.

Atletlər Tatarıstan paytaxtında idmanın 19 növü üzrə mübarizə aparacaqlar.

1318 oxunub

InvestAZ