XƏBƏR LENTİ
27 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Məğlub olan qalib
İdman 16:50 / 02.08.2020

MMA-nın qarışıq üslub döyüşçüsü Əhməd əl Darmaki Birləşmiş Ərəb Əmirliklərində keçirilən UAE Warriors 12 turnirində hakimə hücum etdiyinə görə diskvalifikasiya edilib.

Artıq birinci mərhələdə Ə.Darmaki rəqibi Boqdan Kirilenkoya uğurla boğucu fənd tətbiq edib. Lakin rəqibin təslim olunmasına işarə edilən hərkətinə və hakim Mark Qoddardın göstərişinə baxmayaraq, idmançı rəqibini buraxmayıb. Beləliklə o, istifadə etdiyi boğucu fəndi vaxtından çox saxlayıb.​ Hakim idmançını rəqibin əlindən alsa da, qəzəbli döyüşçü bu dəfə də hakimə hücum edib və onların arasında mübahisə yaranıb. Daha sonra isə qələbəsini qeyd etmək üçün Əhməd əl Darmaki qəfəsə çıxıb. Amma M.Qoddard​ ondan aşağı düşməsini tələb edib və ona məğlubiyyətini bildirib.
Qeyd edək ki, rəsmi protokolda diskvalifikasiya nəzərdə tutulur. Bu, Ə.Darmakinin​ karyerasındakı altıncı məğlubiyyətidir.


36301 oxunub

InvestAZ