XƏBƏR LENTİ
17 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



"Qarabağ"ın rəqibləri müəyyənləşib
İdman 20:15 / 29.07.2020
Ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
aktivində 21 min xalı olan ölkə çempionu səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.
1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  "Qarabağ”la yanaşı, Seltik” (Şotlandiya), "Astana” (Qazaxıstan), "Ludoqorets” (Bolqarıstan), "Srvena Zvezda” (Serbiya), "Legiya” (Polşa), "Makkabi” (Tel-Əviv, İsrail), "Molde” (Norveç), "Şerif” (Moldova), "Ferentsvaroş” (Macarıstan), "Dandolk” (Şimali İrlandiya), "Slovan” (Bratislava, Slovakiya), "Suduva” (Litva), "Omoniya” (Kipr), Rumıniya çempionu, "Sarayevo” (Bosniya və Herseqovina), "Dinamo” (Tbilisi, Gürcüstan) olacaq.
Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - "Fola” (Lüksemburq), "Dyurqarden” (İsveç), "Buduçnost” (Monteneqro), "Flora” (Tallin, Estoniya), "Dinamo” (Brest, Belarus), "Riqa” (Latviya), "Konnahs Kuey” (Uels), "Europa” (Cəbəllütariq), "Klaksvik” (Farer adaları), "Reykyavik” (İslandiya), "Tirana” (Albaniya), "Ararat" (Ermənistan), "KuPS” (Finlandiya), "Sileks” (Şimali Makedoniya), "Floriana” (Malta), "Çelye" (Sloveniya) yer alıb. Beləliklə, "Qarabağ"ın ölkə çempionu olan 15 potensial rəqibinin hamısı bəllidir. "Linfild” (Şimali İrlandiya) və "Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Bu oyunlar avqustustun 8-11-də keçiriləcək. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 9-da atılacaq.


46683 oxunub

InvestAZ