XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Sneyderdən karyerası barədə etiraf
İdman 17:31 / 25.06.2020

Hollandiya yığmasının sabiq futbolçusu Uesli Sneyder "Real Madrid”dəki karyerası barədə danışıb.​

Sneyder "kral klubu”nda karyerasının alınmamasının səbəblərini də açıqlayıb. O, "Real”da çıxış edərkən spirtli içkilərdən yararlandığını da etiraf edib:​

"Gənc idim, uğurlardan həzz alırdım, diqqət mərkəzində olmağı sevirdim. Amma hər şey istədiyim kimi getmədi.​ Yox, narkotik qəbul etmirdim, amma spirtli içkilərdən yararlanırdım. Ulduzlar kimi yaşamağa alışmışdım.​ "Real”ın oyunçusu olaraq sevilirdim, çoxlu pul xərcləyirdim. Olduqca yaxşı oynayırdım, amma daha artığına qadir olduğumu deyirdilər.​ Demək olar ki, tək qalmışdım. Balaca oğlum Cessini çox az-az görürdüm. Bir şüşə arağın mənim ən yaxın dostuma çevrildiyini hiss etmədim.​ Ertəsi gün isə heç bir şey olmamış kimi meydana çıxdım və oynadım. Amma işlər getdikcə pisləşirdi, diqqətimi toplaya bilmirdim.​

Hər şey yaxşı olduğunu deyərək, özüm özümü aldadırdım. Fiziki olaraq çox gerilədim. Daha az qaçırdım, amma bunu texnikamla ört-basdır edirdim. Düşünürdüm ki, bunu kimsə fərq etməz”.​

Qeyd edək ki, Sneyder "Real”da 2007-2009-cu illərdə çıxış edib, daha sonra "İnter”ə keçib.​


25173 oxunub

InvestAZ