XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Ulduz futbolçudan pandemiyaya qarşı dəstək
İdman 18:30 / 28.05.2020

Turin "Yuventus"unun hücumçusu Paulo Dibala koronavirus pandemiyası ilə mübarizədə kömək üçün Argentina xəstəxanalarına 160 min avro məbləğində ianə edib. Bu barədə "La Gazzetta dello Sport” bildirib.

"Paulo Rouson, San-Roke Florensio Dias xəstəxanalarına avadanlığın alınması üçün ianə edib. Artıq hər şey alınıb. Paulo Kordova əyalətinin naziri ilə əlaqədədir. Bir neçə gün sonra hər şey göndəriləcək", - hücumçunun qardaşı Qustavo bildirib.
İyirmi altı yaşlı Dibala Kordova əyalətinə məxsus Laquna-Larqa şəhərindəndir. O, cari mövsümdə İtaliya çempionatının 24 matçında (17 matçda əsas heyətdə - red) iştirak edərək yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.


34004 oxunub

InvestAZ