XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Uğurlu transfer kluba rekord məbləğdə gəlir gətirdi
İdman 17:40 / 28.05.2020

Yaponiya klubu "Vissel Kobe" rekord məbləğdə qazanc əldə edib.

Klub 2019-cu ildə 96 milyon avroluq mənfəət əldə edib.
Buna qədər Yaponiya çempionatında rekord gəlir 2018-ci ildə 81 milyon avro idi. "Vissel Kobe"nin ötən il sponsorluq gəliri 10 milyon avro artıb. Həmçinin bilet, klubun forma və digər avadanlıqlarının satışı əhəmiyyətli dərəcədə artıb.Yaponiya mətbuatı "Vissel Kobe"nin qazancının ildən-ilə artmasını ispaniyalı futbolçu Andres İnyesta ilə əlaqələndirir. Məhz onun sayəsində həm sponsorların, həm də azarkeşlərin kluba və oyunlarına olan marağı artıb.
Qeyd edək ki, Andres İnyestanın "Vissel Kobe" ilə müqavilə müddəti gələn ilin sonuna qədərdir.


32177 oxunub

InvestAZ