XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Azarkeşlər qapıçını klubda saxladı
İdman 13:22 / 28.05.2020

Şotlandiyanın "Livinqston" klubu qapıçısı Qeri Meyli ilə müqavilənin müddətini uzadıb. 38 yaşlı qolkiper daha bir il komandada çıxış edəcək.

Təcrübəli oyunçunun teleyinə azarkeşlər qərar verib. "Livinqston" "Twitter" səhifəsində bununla bağlı sorğu keçirib. 200 minə yaxın şəxs səsverməyə qatılıb, onlardan 70 faizindən çoxu Meylinin klubda qalmasının tərəfdarı olub.
Qeyd edək ki, Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub, "Seltik" çempion elan edilib.


34081 oxunub

InvestAZ