XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



OCEP 2020:​ “Evdə idman və Bədii Qiraət” üzrə online müsabiqə
İdman 17:00 / 19.05.2020
Bütün dünyanı bürüyən yeni koronovirus (COVİD-19) ​ infeksiyası ölkəmizdədə çətinliklər yaradıb. Ölkədə koronovirusla bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlara mümkün qədər evdə qalmaq tövsiyə olunub. Lakin yetişməkdə olan gənc nəslin nümayəndələri sayılan uşaqlarımız, gənclərimiz həmişə olduğu kimi, idman və yaradıcılıqla məşğul olmaq həvəsindədir. Bununla əlaqədar olaraq OCEP 2020 ekspertler qrupu Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə ​ keçirməyi qərar alıb.
"Evdə idman və Bədii Qiraət" üzrə onlayn müsabiqə məktəblilərin sağlamlığı və virusa qarşı mübarizəni gücləndirmək, evdə olduqları müddətdə uşaqların yaradıcılıqları ilə koronovirusla mübarizə qalib gəlmək hisslərini artırmaq həmçinin istedadlı uşaqları üzə çıxarmaq və yaradıcı potensiallarını inkişaf etdirmək məqsədilə təşkil olunub.​ Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli və faydalı keçirmələri məqsədilə təşkil olunan müsabiqə 2 nominasiya üzrə keçiriləcək:
1. Evdə idman (Atletika və ya gimnastika​ hərəkətləri)
Videonun müddəti 1-2 dəqiqəllik olmalıdır. Çəkiliş zamanı hərəkətlər​ aydın görünməlidir.
Qiymətləndirmə: videonun keyfiyyətinə, məktəblilinin hərəkəti düzgün icra etməsinə və hərəkətin çətinlik dərəcəsinə görə təyin edilir.
2. Bədii qiraət
İfaçı bədii qiraət nümunələri ilə ( şeir, monoloq, əsərdən parça,mahnılar ) çıxış edə bilər (Azərbaycan və rus dilində ola bilər). Hər bir video 3 dəqiqədən çox olmamalıdır.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qiymətləndirmə:​
Düzgün tələffüzə, seçilmiş geyim qaydasına, jest, mimika, səs tonu, təqdimetmə bacarığı və video keyfiyyəti əsasında müəyyən ediləcək.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Keçirilmə müddəti
I. Videoların qəbulu: 15 may - 5 iyun tarixlərində
II. Materialların sosial şəbəkələrdə paylaşılması və qiymətləndirmə: 5-15 iyun
III. Qaliblərin təyin edilməsi və mükafatlandırma: 15-23 iyun
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ümumi qaydalar
● Hər iki nominasiya üzrə 3 yaş qrupu olacaq (8-10 yaş; 11-13 yaş, 14-16 yaş)
● Nominasiyalar üzrə qızlar və oğlanlar ayrı qruplar üzrə yarışacaq.
● Məktəblər hər nominasiya üzrə ən çoxu 2 video göndərə bilər.
● Hər iki nominasi üçün qeyd edilən qiymətləndirmə şərtlərinə ciddi diqqət yetiriləcək.

Müsabiqəyə təqdim olunan işlər Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və OCEP ekspertlər qrupunun üzvlərindən ibarət müsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Bütün iştirakçılara uğurlar!


Redaktorlar üçün qeyd:

"Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) layihəsi 2019-cu ildə Bakı şəhərində keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilmişdir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi təşkilatçılığı, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməkliyi ilə həyata keçirilmişdir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya Hərəkatını təşviq etməkdir.​ ​

25552 oxunub

InvestAZ