XƏBƏR LENTİ
21 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



"Tamaşaçısız oynamaq çox qəribə bir hiss olacaq"
İdman 20:28 / 17.05.2020

"Barselona” nın hücumçusu Lionel Messi koronavirus pandemiyası ilə bağlı hazırkı vəziyyət barədə fikirlərini bildirib.
"Şəxsən mən turnirlərin başlanmasını səbirsizliklə gözləyirəm. Bilirik ki, tamaşaçısız oynamaq çox qəribə bir hiss olacaq. Vəziyyətin necə olacağını yaşayıb görəcəyik. İnfeksiya riski hər yerdə mövcuddur. Evdən çıxdığınız zaman artıq risk var. Buna görə də bu barədə çox düşünmək lazım deyil, əks halda evdən vacib olduğu halda belə çıxmaq istəməyəcəksiniz. Lakin biz anlayırıq ki, infeksiya ilə bağlı verilən qərarlara riayət etmək və mümkün olan bütün profilaktik tədbirləri görmək vacibdir. Məşqlərə başlamaq futbola yenidən qayıtmaq üçün​ ilk addımdır. Amma düşünürəm ki, arxayınlaşmaq lazım deyil. Profilaktik tədbirlər bir müddət davam etdirilməlidir”, – deyə L.Messi bildirib.

33241 oxunub

InvestAZ