XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026



Dava faciə ilə nəticələnib
İdman 19:12 / 17.05.2020
İngiltərənin "Harlou Taun” klubunun futbolçusu Fransua Kablanа Londonda baş vermiş dava nəticəsində dünyasını dəyişib.
19 yaşlı idmançı aldığı kəsici-deşici zərbələr nəticəsində yerindəcə vəfat edib. Polis Fransua Kablananın ölümündə təqsirləndirilən üç kişi və bir qadını saxlayıb. Saxlanılan şəxslərdən ən böyük olanının 20 yaşı var. Şübhəlilərdən ikisini girov əsasında sərbəst buraxıblar. "Fransua mədəni oğlan və əla oyunçu idi. Futbolçularımızın bir çoxu onunla birlikdə kollecdə təhsil alıblar və buna görə də, bu xəbər onlar üçün həqiqətən gözlənilməz və ağır oldu”,- deyə ehtiyat heyətinin məşqçisi Adam Konnolli bildirib.

34298 oxunub

InvestAZ