XƏBƏR LENTİ
05 İyun 2020
04 İyun 2020
03 İyun 2020
02 İyun 2020



"Onlayn şahmat oynamaqdan xoşum gəlmir"
Müsahibə 14:37 / 26.04.2020
Rusiyalı qrossmeyster Sergey Karyakin də digər həmkarları kimi karantin rejimindədir. 12 yaş 211 günlüyündə qrossmeyster normasını yerinə yetirərək Ginnesin rekordlar kitabına düşən şahmatçı​ "Sport-Ekspress" qəzetinin onlayn versiyasına müsahibə verib. Həmin müsahibədən ən maraqlı məqamları oxucularımıza təqdim edirik.​

- Sergey​ yəqin ki, karantin dövrünü öz evində keçirirsən.

- Bəli. Ailəmlə birlikdə Podmoskovyadakı evimdəyəm. Karantin elan olunduqdan bu günə kimi, ətrafdan təcrid olmuşam. Həyət evində bu rejimi keçirmək bir qədər asandır. Hərdən həyətdə kabab bişirirəm. Təmiz havada oturub, dincəlirəm.

- Qonşularla əlaqə saxlayırsan?

- Xeyr. Risk etmirəm. Çunki divar qonşularımız bir müddət İtaliyadan qayıdiblar. Mən demirəm ki, onlarda virus var. Yoxlanışdan keçiblər. Heç bir qorxulu şey yoxdur.​ Sadəcə özümü və ailəmi siğortalayıram. Məsafə saxlamaq lazımdır, amma bir müddətlik. Ünsiyyətsiz həyat mümkün deyil.​

- Belə bir şəraitdə şahmatla məşgul olmaq zövq verir?

- Əlbəttə, şahmat mənim işimdir. Karantindən əvvəl təlim-məşqlərdən qayıtmışdım. Bir az istirahət etmək istəyirdim. Karantin sayəsində buna nail oldum. Amma elə bil, çox istirahət edirəm. Qeyd edim, virus söhbəti ortaya çıxmasaydı, Soçidə komanda çempionatında yarışacaqdım. Sonra isə Azərbaycana,​ Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun memorialında iştirak edəcəkdim. Lakin koronavirus bütün planlarımın üzərindən xətt çəkdi.

- Şahmatı internetlə oynayırsan?

- Düzünü desəm, internetlə onlayn şahmat oynamaqdan xoşum gəlmir. Rəqibi görüb, onun həyəcanını hiss edib, məsuliyyətli olmaq şahmat da əsas şərtdir. Onlayn şahmat yarışlarında özümün nikim var. Hami bilir. Bunu zərurətdən yaratmışam. Bir da deyirəm canlı şahmatın yerini heç nə vermir.​

- Rəqiblərindən xəbər var?

- Şahmat elitasının bütün nümayandələri hazırda evdə oturublar. Əlbəttə, əlaqə saxlayıram. Bir müddət əvvəl onlayn yarışda iştirak etdim. Orada Aleksandr Qrişuk, Şəhriyar Məmmədyarov, Lenyer Dominqes də var idi. Maraqlı yarış keçdi. Təsəvvür edin ki, 5 milyona qədər oyun​ partiyaları oldu. Bu heyrətamiz rəqəmdir.​

- Film və seriallarla aran necədir?

- Hə, bax bu sualı gözləyirdim. Hər ikisi mənim həssas yerimdir. Hər zaman yeni filmləri kinoteatrda izləmişəm. Seriallara​ isə internetdə baxıram. Ən çox "Otel Orleon" serialını və "Centlmenlər" filmini sevirəm. Həmin filmə təxminən dörd dəfə baxmışam. Hər dəfə baxanda da yeniliklərlə rastlaşıram. Tezliklə pandemiya dövrünün başa çatmasını gözləyirəm. Bütün dünyada insanlara səbr və sağlamlıq diləyirəm.​
​ ​ ​
Hazırladı: Anar Əhmədov

1175 oxunub

InvestAZ