XƏBƏR LENTİ
28 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



«Mestalya»da «yarasalar» möcüzə göstərə biləcəkmi?
İdman 10:01 / 10.03.2020


Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək. "Valensiya" "Mestalya"da "Atalanta"nı qəbul edəcək. İtaliyadakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edən "Atalanta" növbəti mərhələyə çıxacağı istisna deyil. «Yarasalar» mübarizəni davam etdirmək üçün rəqib qapısından ən azı 3 cavabsız top keçirməlidir.
Günün digər matçında isə "Tottenhem" "Leypsiq"in qonağı olacaq. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası növbəti mərhələyə yüksəlmək üçün Almaniya səfərində mütləq qələbə qazanmalıdır. Bu matçların final fitindən sonra 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.


10 mart

Çempionlar Liqası

1/8 final, cavab oyunları

00:00. "Valensiya” (İspaniya) – "Atalanta” (İtaliya)
İlk oyun – 1:4
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. "Mestalya” stadionu

00:00. "Leypsiq” (Almaniya) – "Tottenhem” (İngiltərə)
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. "RB Arena” stadionu

11 mart

00:00. PSJ (Fransa) – "Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. "Park de Prens”

00:00. "Liverpul” (İngiltərə) – "Atletiko” (İspaniya)
İlk oyun – 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. "Enfild Roud” stadionu.

33310 oxunub

InvestAZ