XƏBƏR LENTİ
27 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Komandamız beynəlxalq turnirdə medalsız qaldı
İdman 18:00 / 16.01.2020

Azərbaycanın yeniyetmə qız şpaqaçıları Slovakiyanın paytaxtı Bratislavada keçirilən "Cadet Circuit” turnirində iştirak ediblər.
Qılıncoynadanlarımızdan qrup mərhələsində 6 görüşdən 4-nü qalib başa vuran Azərin İdriszadə pley-offda Slovakiya idmançısına 15:7 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə Yunanıstan təmsilçisinə 8:15 hesabı ilə məğlub olub.
Qrupda keçirdiyi 6 görüşdən 2-ni qələbə ilə bitirən Alfiya Abdinova pley-offda fransalı rəqibinə 5:15 hesabı ilə uduzub. Qrup mərhələsində 1 qələbəsi olan Nazilə Rəhimova pley-offa yüksələ bilməyib.
Komanda yarışında isə şpaqaçılarımız Yunanıstanı təmsil edən kollektivə 41:42 hesabı ilə məğlub olub.

36366 oxunub

InvestAZ