XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Güləşçimiz ALROSA Kubokunda qələbə qazanıb
İdman 17:39 / 01.12.2019

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib. Ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb. Noyabrın 29-da Olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ən yüngül çəkidə cəmi 2 iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) II Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak hüququ əldə edib. Hacımurad Hacıyev (74 kq) ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal əldə edib. Belə ki, axşam seansında H.Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), C.Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub. Həlledici qarşılaşmada Hacı son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. H.Əliyev son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. Edişeraşvili yerli Ramiz Həmzətova (4:7), Şərif Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) məğlub olub.

25252 oxunub

InvestAZ