XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Braziliya ciu-citsusu üzrə Azərbaycan çempionatı təşkil olunub
İdman 17:33 / 25.11.2019

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi Gənclər və İdman Nazirliyi ilə birgə Braziliya ciu-citsusu üzrə Azərbaycan çempionatı keçirib. Turnirin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov bu il klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlardan danışıb. O, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində digər növlər kimi, Braziliya ciu-citsusunun da inkişaf etdiyini deyib.
Hərbiçilərin və Hüquq-Mühafizə Orqanlarının İdman Assosiasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev İSM-in açılışından qısa müddət ərzində bu mərkəzdə artıq bir neçə beynəlxalq yarışın keçirildiyini bildirib. F.Musayev Braziliya ciu-citsusunun ölkədə inkişafından və ona artan maraqdan danışıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş təlimatçısı, Əməkdar məşqçisi, kombat ciu-citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov çıxışlarında ölkəmizdə idmanın, o cümlədən ciu-citsunun inkişafından danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Açılış mərasimində, həmçinin Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin kimi bir sıra qonaqlar da iştirak ediblər.
Polkovnik Füzuli Musayev əcnəbi qonaqlara qiymətli hədiyyələr təqdim edib.
Uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar kateqoriyalarında keçirilən yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizə aparıb. İdmançılar Braziliya ciu-citsu idman növünün gi və no-gi versiyaları üzrə mübarizə aparıblar. Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

28617 oxunub

InvestAZ